...

İranda yük qatarı relsdən çıxıb

Hadisə Materials 12 İyun 2022 14:48 (UTC +04:00)
İranda yük qatarı relsdən çıxıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətində Məşhəd-Sərəxs yük qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, bunu İranın Sərəxs rayonu qubernatoru Həsən Nurizadə deyib.

H.Nurizadənin sözlərinə görə, hadisə səbəbi ilə qeyd olunan istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisə nəticəsində qatara və dəmiryolu xəttinə ziyan dəyib. Hazırda yüklər qatardan boşaldılaraq daşınır.

İranlı qubernator hadisənin qum fırtınası nəticəsində dəmiryolu xəttini örtməsi ilə baş verdiyini deyib və digər məsələlər haqda açıqlama verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti