Bakı. Trend:
Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.
Trend xəbər verir ki, hadisə Yasamal rayon ərazisində yerləşən "Kığılı" geyim mağazasında qeydə alınıb.
"Elmlər" filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.
Faktla bağlı araşdırma aparılır.