...

Qaxda 4 otaqlı ev yanıb

Hadisə Materials 12 Avqust 2022 23:12 (UTC +04:00)
Qaxda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Qax rayonunun Almalı kəndində ümumi sahəsi 117 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və 1 otağının alçipandan ibarət tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti