...

Kürdə qayıqda köməksiz qalan şəxs xilas olunub

Hadisə Materials 21 Sentyabr 2022 10:38 (UTC +04:00)
Kürdə qayıqda köməksiz qalan şəxs xilas olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Əsgərbəyli kəndindən keçən hissəsində 1 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 20 km aralı, nəzarətsiz ərazidə içərisində 1 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti