...

Ağacların kəsilməsi ilə bağlı olan şikayət araşdırılıb

Hadisə Materials 13 Oktyabr 2022 17:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, əraziyə keçirilən baxış zamanı ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib.

“Araşdırma zamanı ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti