...

Bakıda evdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 24 Oktyabr 2022 08:55 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti