...

Koronavirusdan ölümlə bağlı təkrar ekspertiza təyin edilib - Baş Prokurorluq

Hadisə Materials 11 Noyabr 2022 14:39 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş Vüqar Sadıqovun, anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, koronavirus infeksiyasından vəfat etmiş Asya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmaqla ərizəçinin, eləcə də müalicəni aparmış həkimlərin izahatları alınıb.

"Araşdırma zamanı təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1943-cü il təvəllüdlü Asya Sadıqovaya təyin edilmiş koronavirus diaqnozuna uyğun olaraq aparılmış müalicə prosesində həkim pozuntularına yol verilməmişdir.

Buna baxmayaraq, Vüqar Sadıqovun müraciətlərində göstərilən əlavə xüsusatlar nəzərə alınmaqla, həkimlərin apardığı müalicənin bütün detalları ilə əlaqədar təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda tam və hərtərəfli araşdırma davam etdirilməklə, toplanmış sübutların məcmusuna əsasən material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti