...

Bakı metrosunda qadın qarət edildi

Hadisə Materials 29 Noyabr 2022 11:58 (UTC +04:00)
Bakı metrosunda qadın qarət edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qadın metroda qarət edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmtindən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti