...

Sumqayıtda kişini qətlə yetirən qadın tutulub

Hadisə Materials 1 Dekabr 2022 10:04 (UTC +04:00)
Sumqayıtda kişini qətlə yetirən qadın tutulub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda kişini qətlə yetirən qadın tutulub.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 30-u saat 10 radələrində 1976-cı il təvəllüdlü Aydın Həsənovun yaşadığı evdə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Aydın Həsənovun boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anastasiya Həmzəyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti