...

Göygöldə mebel salonunda yanğın baş verib

Hadisə Materials 1 Fevral 2023 01:42 (UTC +04:00)
Göygöldə mebel salonunda yanğın baş verib

Bakı. Trend:

Göygöl rayonu Quşqara kəndi yaxınlığında yerləşən “Arzu” mebel salonunda yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti