...

Siyəzəndə müəllimlərin avtobusu qəzaya düşüb, iki nəfər ölüb

Hadisə Materials 17 Fevral 2023 12:50 (UTC +04:00)
Siyəzəndə müəllimlərin avtobusu qəzaya düşüb, iki nəfər ölüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər Siyəzən rayonunda baş verən avtomobil qəzasında Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərinin 2 müəllimi dünyasını dəyişib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Bildirilib ki, səhər saatlarında Siyəzən rayonu kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, digər 5 nəfər isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

"Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!" - deyə əlavə edilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Siyəzən rayonu ərazisində baş verib "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində Mercedesdə olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti