...

Bakı metrosunda sərnişin özünü qatarın altına atdı

Hadisə Materials 25 Mart 2023 14:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sərnişin metro qatarının yoluna düşüb.

Bakı metropolitenindən Trend-ə verilən məlumata görə, hadisə "Memar Əcəmi" stansiyasında baş verib.

"Bir kişi sərnişin "Memar Əcəmi" stansiya yoluna düşüb. Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək,qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Nəticədə Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti