Bakı. Trend:
Baş Prokurorluq Tərtərdə 43 yaşlı kişinin minaya düşməsi barədə məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Trendə verilən məlumata görə, aprelin 18-i Tərtər rayonunun Borsunlu kənd sakini 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.