...

Yasamalda binadakı yanğın söndürüldü (FOTO/VİDEO)

Hadisə Materials 23 İyun 2023 09:46 (UTC +04:00)
Yasamalda binadakı yanğın söndürüldü (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti