...

Yasamalda beşmərtəbəli yaşayış binasındakı yanğın məhdudlaşdırılıb

Hadisə Materials 23 İyun 2023 08:58 (UTC +04:00)
Yasamalda beşmərtəbəli yaşayış binasındakı yanğın məhdudlaşdırılıb

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti