...

Beşmərtəbəli binada baş verən yanğın söndürüldü (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 İyul 2023 15:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti