...

Kürdə qayıq limana çırpılıb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 25 İyul 2023 09:36 (UTC +04:00)
Kürdə qayıq limana çırpılıb, 3 nəfər xəsarət alıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıq limana çırpılıb.

Baş Prokuroluqdan Trend-ə verilən məlumata görə, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti