...

Kürdə uşaq meyiti tapıldı

Hadisə Materials 26 İyul 2023 18:40 (UTC +04:00)
Kürdə uşaq meyiti tapıldı

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti