Bakı.Trend:
Goranboyda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Goranboy Rayon Polis Şöbəsindən Trend-ə verilən xəbərə görə, şöbəyə
daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda
şübhəli bilinən Tərtər rayon sakini Ruslan İbrahimov Goranboy rayon
Borsunlu kəndi ərazisində saxlanılıb.
Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış keçirilən zaman
əlindəki sellofan torbadan ümumi çəkisi 3 kq olan narkotik vasitə
olan “marixuana” aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.