Bakı. Trend:
Avqustun 18-də Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə aşkarlanan naməlum kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Trend xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
xxx
13:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.