...

"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basıb - VİDEO

Hadisə Materials 28 Avqust 2023 09:28 (UTC +04:00)
"Binə" və "Sədərək" ticarət mərkəzlərini su basıb - VİDEO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.

Trend FHN-ə istinadən xəbər verir ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti