Bakı. Trend:
Biləsuvarda qətl hadisəsi baş verib. Hadisə rayonun Bəydili
kəndində qeydə alınıb.
Trend xəbər verir
ki, Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı
tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində
ölüb.
Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə
ailədaxili münaqişənin səbəb olması bildirilir.
Faktla bağlı araşdırma aparılır.