Bakı. Trend:
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lerik Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, havanın küləkli
olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər
tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində
yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və
qurumuş ağac kötükləri yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir
qrup kənd sakini də iştirak edib.
xxx
12:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.