Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 80 m² olan ikimərtəbəli obyektdə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1-ci mərtəbədə yerləşən avtoyuma məntəqəsinin yanar konstruksiyaları 40 kv.m. sahədə qismən, 2-ci mərtəbədə fəaliyyət göstərən çay evinin yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Obyektin qalan hissəsi və yaxınlıqda yerləşən yaşayış binası yanğından mühafizə olunub.
XXX
16.54
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın baş verib.
Trend xəbər verir ki, yanğın ərazidə yerləşən avtoyuma məntəqələrində birində olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.