...

Salyanda birmərtəbəli evdə yanğın olub, ölən var

Hadisə Materials 29 Fevral 2024 08:56 (UTC +04:00)
Salyanda birmərtəbəli evdə yanğın olub, ölən var

Bakı. Trend:

Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti