...

Bəzi çaylarda sululuğun artımı davam edir

Hadisə Materials 22 İyun 2024 11:27 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir. Digər çaylarda isə nisbətən azalma müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Trend-ə bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçməsi davam edir.

"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti