...

Bakıda gənc oğlan güllələnib, şübhəli bilinən şəxs saxlanılıb (YENİLƏNİB)

Hadisə Materials 26 İyun 2024 21:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

xxx

21:42

Bakıda gənc oğlan güllələnərək qətlə yetirilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Hadisə məşhur alış-veriş və əyləncə mərkəzinin qarşısında baş verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti