Naxçıvanda yanğın hadisələri baş verib

Hadisə Materials 30 İyul 2024 20:13 (UTC +04:00)
Naxçıvanda yanğın hadisələri baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar telefon xəttinə Babək rayonunun Aşağı Uzunoba, Kalbaoruc Dizə kəndlərində otlaq, Şahbuz rayonunun Kolanı kəndində isə yol kənarında quru otlaq sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınlar söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti