Bakı. Trend:
İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batanlardan sonuncusu - 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun meyiti avtomobilin çaya düşdüyü yerdən təxminən 7 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Trend xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
xxx
13:06
Ötən gün Kürdə meyiti tapılan şəxsin kimliyi açıqlanıb.
Trend xəbər verir ki, meyiti tapılan şəxsin 1989-cu il təvəllüdlü Tural Hüseyin oğlu Quliyev olduğu üzə çıxıb.
Qeyd edək ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan iki nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, iyunun 2-də hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub.