Bakı. Trend:
Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-ə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.