...

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə Materials 24 Sentyabr 2024 11:02 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayonunda S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb.

S.Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və Ş.Hüseynov da müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti