...

Bakıda keçmiş məhkum kirayə qaldığı evdən 4 min manat oğurladı

Hadisə Materials 22 Fevral 2025 11:52 (UTC +04:00)
Bakıda keçmiş məhkum kirayə qaldığı evdən 4 min manat oğurladı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti