Ağdam. Trend:
Ağdamda polisin keçirdiyi əməliyyat zamanı daha bir şəxsdən avtomat silahı aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb.
Onun yaşadığı ünvandan "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb. O, sılahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.