...

Dünən bank kartlarından 15 min manat oğurlanıb

Hadisə Materials 17 Aprel 2025 09:54 (UTC +04:00)
Dünən bank kartlarından 15 min manat oğurlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da vətəndaşların bank kartlarından 15040 manat oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti