...

Basman bazarında 3 azərbaycanlının ölümü təsdiqlənib

Hadisə Materials 23 Fevral 2006 13:31 (UTC +04:00)

Moskvada bazarın tavanının uçması nəticəsində həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşları var. Bu barədə Trend məlumat verib. "Hazırda üç azərbaycanlının həlak olması təsdiqlənib. Lakin hələlik onların adları dəqiqləşdirilməyib ", - deyə Dünya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Cəfər Həsənov bildirib. O. İttifaqın xəsarət alanların müalicəsinin və həlak olanların cəsədlərinin vətənə göndərilməsinin təşkil edilməsinə kömək edəcəyini vəd edib.

Bauman küçəsində yerləşən Bauman bazarının damı cümə axşamı səhər tezdən uçub. Son məlumatlara görə, həlak olanların sayı 21 nəfərə çatıb. 24 nəfər xəsarət alıb. Bu barədə RİA "Novosti" məlumat verib.

Xəbər lenti

Xəbər lenti