...

Fevralın 27-nə olan kriminal xronika

Hadisə Materials 28 Fevral 2006 14:30 (UTC +04:00)

Fevralın 27-də daxili işlər orqanları tərəfindən 50 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 45-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 16, silah-sursatla əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 36 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti