Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Ötən əsrin əvvəllərində "Titanik"də ofisiant işləmiş və qəza zamanı həlak olmuş londonlu mühacirin nəslinin nümayəndəsi "Costa Concordia" səyahət gəmisinin sərnişinləri arasında olub. Xatırladaq ki, "Costa Concordia" yanvarın 14-də gecə İtaliyanın Toskana vilayətinin Cilio adası yaxınlığında qəzaya uğrayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən yazır.
İtaliyanın cənubundakı Avellino şəhərindən (Kampaniya vilayəti) olan 30 yaşlı Valentino Kapiano öz dostu və qardaşı ilə birlikdə uğursuz səyahət gəmisində olub. Valentino və qardaşı yüz il əvvəl Londondan olan 25 yaşlı Covanni adlı mühacirin nəticələridirlər. Covanni o dövrdə ən iri sərnişin layneri olan "Titanik"də ofisiant kimi işə düzəlib və 1912-ci il aprelin 14-də gəminin 1,5 mindən artıq sərnişini və ekipajı ilə birlikdə həlak olub.
Öz ulu nənələrindən fərli olaraq bu gənclər qohumlarının taleyini təkrarlamayaraq "Costa Concordia"nın qəzası zamanı sağ qala biliblər. Lakin nənələri Covanninin bədbəxt taleyi haqqında xatirələr dərhal bacı və qardaşın yaddaşında canlanıb.
"Costa Concordia"nın göyərtəsində 4,2 mindən çox adam, o cümlədən 111 RF vətəndaşı olub. Bu günədək 11 nəfərin öldüyü təsdiqlənib, 24 nəfər itkin düşmüş hesab edilir.
Gəminin kapitanı Françesko Skettinonun sözlərinə görə, gəmi sürətlə naviqasiya xəritəsində göstərilməyən sualtı qayaların üzərinə üzüb. Hazırda gəmi Ciliyo adası yaxınlığında sağ böyrü üstə əyilərək suya batıb.
"Titanik" 100 il əvvəl aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb.