...

Macarıstanda soyuqdan qorunmaq üçün yandırmağa kağız pullar veriləcək

Maraqlı Materials 13 Fevral 2012 20:10 (UTC +04:00)
Macarıstanın Mərkəzi Bankı şiddətli soyuqlardan qorunmaq məqsədilə yoxsul insanlara yandırmaq üçün kağız pullar paylayacaq.
Macarıstanda soyuqdan qorunmaq üçün yandırmağa kağız pullar veriləcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir M.Salmanov/

Macarıstan Mərkəzi Bankı şiddətli soyuqlardan qorunmaq məqsədilə yoxsul insanlara yandırmaq üçün kağız pullar paylayacaq. Mərkəzi Bank bu addımı sosial məsuliyyət layihəsi çərçivəsində atıb. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Bank bu məqsədlə tədavüldən çıxarılan köhnə pullardan istifadə etmək niyyətindədir. Belə ki, pullar kərpic formasında yığılaraq yanacaq kimi istifadə olunacaq.

Hər bir yandırılacaq "kərpic" 22 min dollar dəyərində kağız puldan ibarətdir.

Məlumata əsasən, Macarıstanda bu metoddan əvvəllər də istifadə olunub. Həmin zaman tədavüldən çıxarılan pullar ciddi təhlükəsizlik tədbirləri şəraitində cibsiz paltarlar geyinən işçilər tərəfindən xüsusi maşınlarda yandırılırdı.

Xəbər lenti

Xəbər lenti