...

Sağlam olmaq üçün həftədə üç dəqiqə velosiped sürmək kifayətdir

Maraqlı Materials 29 Fevral 2012 11:05 (UTC +04:00)
Britaniyanın Birmingem Universitetinin alimi Ceyms Timmonsun sözlərinə görə, intensiv bədən tərbiyəsi (İBT) adı verilən metodla həftədə üç dəfə məşğul olmaqla hər gün idman edənlərin sağlamlığına nail olmaq olar.
Sağlam olmaq üçün həftədə üç dəqiqə velosiped sürmək kifayətdir

Azərbaycan, Bakı, 29 fevral / Trend/

Britaniyanın Birmingem Universitetinin alimi Ceyms Timmonsun sözlərinə görə, intensiv bədən tərbiyəsi (İBT) adı verilən metodla həftədə üç dəfə məşğul olmaqla hər gün idman edənlərin sağlamlığına nail olmaq olar. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.

Həmin metoda görə, bir neçə dəqiqə ərzində bədəni gücə salmadan velosipedin pedalları hərəkət etdirilir. 20 saniyə dincəldikdən sonra 20 saniyə velosipedi çox sürətlə sürmək lazımdır. Daha sonra bir neçə dəqiqə hərəkətin sürəti azaldılır. Nəhayət, 20 saniyəyədək pedallar tam güclə işlədilir və birdən hərəkət dayandırılır.

Timmonsun sözlərinə görə, bu cür hərəkətlər orqanizmdəki bütün hüceyrələri hərəkətə gətirir.

Xəbər lenti

Xəbər lenti