...

Pomidor daha dadlı olacaq

Maraqlı Materials 4 İyun 2012 16:15 (UTC +04:00)
İngiltərə alimləri pomidorun dadını daha da yaxşılaşdırmaq üçün maraqlı bir layihə üzərində çalışırlar.
Pomidor daha dadlı olacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir X.Murtuzayeva/

İngiltərə alimləri pomidorun dadını daha da yaxşılaşdırmaq üçün maraqlı bir layihə üzərində çalışırlar. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

BBC-nin verdiyi xəbərə görə, Nottingem Universitetində aparılan tədqiqat nəticəsində pomidorun genetik xəritəsi hazırlanıb. Bundan sonrakı hədəf isə qarşıdakı beş il ərzində həmin genetik kodları açmaq və xəritənin tamlığını bərpa etməkdir.

Bununla da pomidora dad verən bütün genetik ünsürlər aşkar olunacaq və artıq daha ləzzətli pomidorlar yetişdiriləcək.

Xəbər lenti

Xəbər lenti