...

Səhər yeməyində istifadəsi qadağan edilən qidaların “qara siyahı”sı

Maraqlı Materials 15 Yanvar 2013 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend, müxbir X.Murtuzayeva/

İnsanın səhərlər yediyi qidalar onun sağlamlıq vəziyyəti baxımından mühüm rol oynayır. Dietoloqların fikrincə, səhərlər acqarına yeyilməsi qadağan olunan məhsulların "qara siyahısı" mövcuddur. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, həkimlər səhər tezdən banan və yoqurtun yeyilməsini qadağan edirlər. Bananla bağlı əsas problem onun tərkibində çoxlu maqneziumun olmasıdır. Ona görə də səhərlər banan yemək vərdişi orqanizmdə kalsium-maqnezium balansının pozulmasına gətirib çıxarır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Yoqurt isə mədəyə düşərkən öz faydalı xüsusiyyətlərini qismən itirir. Buna görə də onu səhər yeməyindən iki saat sonra və ya yuxudan qabaq yemək daha yaxşıdır.

Bu mənada portağalın acqarına yeyilməsi o qədər də yaxşı ideya deyil. Çünki bu zaman qastrid və allergik reaksiya riski artır. Xurma və pomidor isə "qara siyahı"ya tərkiblərində olan pektin və mədə daşlarının yaranmasına şərait yaradan aşılayıcı turşunun olması səbəbindən düşüblər. Siyahıda habelə sarımsaq, konservləşdirilmiş və hisə verilmiş məhsullar da var.

Həkimlər mədə qişasını qıcıqlandırmamaq üçün xiyar, bibər və kələm kimi çiy tərəvəzlərdən imtina etməyi tövsiyə edirlər. Xüsusilə həzm sistemində problem olan adamların buna riayət etmələri daha vacibdir. Şirin kartof isə "mədədə ağırlıq hissi"nin yaranmasına görə "günahkar"dır.

Habelə soyuq içkilərdən imtina etmək lazımdır. Yeri gəlmişkən, onlar menstrual tsiklin pozulmasına gətirib çıxarır.

Onu da yadda saxlamaq lazımdır ki, ac insanın şəkər qəbul etməsi orqanizm üçün əsl gözlənilməzlik olur. Belə ki, mədəaltı vəzi sadəcə olaraq lazımi miqdarda insulin ifraz etməyin öhdəsindən gəlmir. Nəticədə qanda şəkərin miqdarı anomal səviyyəyə çatır və turşu-qələvi balansı pozulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti