...

Yunanıstanın qalstuksuz Baş nazirinə qalstuk hədiyyə edildi (VİDEO)

Maraqlı Materials 4 Fevral 2015 16:59 (UTC +04:00)
İtaliyanın Baş naziri Matteo Renzinin yunanıstanlı həmkarı Aleksis Tsiprasla görüşündə maraqlı anlar yaşanıb.
Yunanıstanın qalstuksuz Baş nazirinə qalstuk hədiyyə edildi (VİDEO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Məftun Salmanov/

İtaliyanın Baş naziri Matteo Renzinin yunanıstanlı həmkarı Aleksis Tsiprasla görüşündə maraqlı anlar yaşanıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, tərəflərin Romada keçirdiyi birgə mətbuat konfransında M.Renzi həmkarına simvolik olaraq italyan qalstuku hədiyyə edib.

A.Tsipras isə qalstuku Yunanıstan böhrandan çıxdıqdan sonra taxa biləcəyini söyləyib.

Qeyd edək ki, Yunanıstanın Baş naziri rəsmi tədbirlər daxil olmaqla qalstukdan istifadə etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti