...

Ağstafada doğulan buzov təəccübləndirir (FOTO)

Maraqlı Materials 29 Mart 2015 12:59 (UTC +04:00)
Ağstafada doğulan buzov onu görənlərdə təəccüb doğurur.
Ağstafada doğulan buzov təəccübləndirir (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Ağstafada doğulan buzov onu görənlərdə təəccüb doğurur.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Ağstafanın Dağ Kəsəmən kənd sakini Mahal Mansurovun Ukraynadan aldığı cins inəyin 4-cü dəfə dünyaya gətirdiyi balası quyruqsuz olub.

Uzun illərdir mal-qara saxlayan kənd sakini ilk dəfədir bu cür hadisə ilə üzləşdiyini deyir. 2 ay öncə doğulan heyvan rahat şəkildə hərəkət edir və digər buzovlardan seçilmir.

Sakinlər buzovun gələcəkdə quyruğu olmadan yaşamasının heyvan üçün müəyyən çətinliklər yaradacağını bildirirlər. Mütəxəssislər isə bu cür halların genetik modifikasiya zamanı baş verdiyini bildirirlər.

Qeyd edək ki, bir neçə ay öncə də rayonun Qarahəsənli kəndində analoji hadisə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti