...

Kayahanın xanımına qeyri-adi mirası

Maraqlı Materials 10 Aprel 2015 21:45 (UTC +04:00)
Bir neçə gün əvvəl ağır xəstəlik üzündən dünyasını dəyişmiş türkiyəli müğənni Kayahan həyat yoldaşı İpək Açara miras buraxmağı unutmayıb.
Kayahanın xanımına qeyri-adi mirası

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bir neçə gün əvvəl ağır xəstəlik üzündən dünyasını dəyişmiş türkiyəli müğənni Kayahan həyat yoldaşı İpək Açara miras buraxmağı unutmayıb.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, müğənninin son 5 ildə bəstələdiyi və heç kimin eşitmədiyi mahnıları İ.Açar səsləndirəcək.

Müalicə alması səbəbindən son 5 ildə albom çıxara bilməyən Kayahan bu müddət ərzində xeyli sayda mahnı yazıb.

İ.Açar həmin mahnıları bu ilin payızında təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti