...

Aya ilk özəl missiyanın göndərilməsi 2017-ci ildə gözlənilir

Maraqlı Materials 8 Oktyabr 2015 21:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

İsrailin "SpaceIL" korporasiyası ABŞ-ın "Spaceflight Industries" şirkəti ilə Aya kosmik aparatın "SpaceX Falcon 9" raketdaşıyıcısı vasitəsilə çıxarılmasına dair saziş imzalayıb. Bu barədə Trend Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin saytına istinadən məlumat verir.

"SpaceIL" aparatının "Falcon 9" raketdaşıyıcısında kosmosa tək göndərilməsi nəzərdə tutulmur. Belə ki, xüsusi kapsulda aparatdan başqa bir neçə peyk olacaq. Kapsul raketdaşıyıcısından ayrılan kimi "SpaceIL" aparatı Ay səthinə yönəldiləcək.

"SpaceIL" nəzərdə tutulan layihəni həyata keçirə bilsə, o, Ay səthinə eniş edən azsaylı ölkələr sırasına qoşulacaq. Hazırda bu ölkələrə Rusiya, ABŞ və Çin aiddir.

Özəl investorlar tərəfindən maliyyələşdirilən "SpaceIL" qeyri-kommersiya təşkilatıdır. Sərmayədarlar indiyədək layihənin həyata keçirilməsi üçün 50 milyon dollar xərcləyiblər.

"Hi-News" yazır ki, "XPRIZE" müsabiqəsində qələbə yatırılan vəsaitlərin bir qismini qaytara bilər: "Lakin müsabiqədə qalib gəlmək üçün özəl şirkət aparatı uğurla Aya çıxarmalı və Ay səthində minimum 500 metr məsafə qət etməli, daha sonra yerin video və fotoşəkillərini yüksək təsvir ölçüsündə Yerə ötürməlidir. Aya missiyanın 31 dekabr 2017-ci ilədək həyata keçirilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti