...

Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq

Maraqlı Materials 29 Fevral 2016 21:31 (UTC +04:00)
Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkə şəhərindəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət edəcək "Race" intellektual sistemini yaradırlar.
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq

Bakı. Elçin Hüseynov - Trend:

Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkə şəhərindəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət edəcək "Race" intellektual sistemini yaradırlar.

Trend "Arab News" portalına istinadən xəbər verir ki, yeni sistem zəvvarlar Həcc ayinlərini yerinə yetirərkən izdihamın yaranmasına imkan verməyəcək.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə mərasimlərində təhlükəsizliyin təmini üzrə Dövlət Direktorluğunun rəsmisi Bədr bin Səud bəyan edib ki, yeni sistem 50 kamera əsasında quraşdırılacaq interaktiv elektron platformadır. Bunun vasitəsilə məscidin təhlükəsizlik xidməti zəvvarların hərəkətlərini tənzimləyərək kompleksin istənilən nöqtəsində izdihamın yaranmamasına nail olacaq.

Xatırladaq ki, 2014-cü ildə başlayan tikinti layihəsinə uyğun olaraq, Məscidül-Həram məscid-kompleksinin ərazisi 400 min kv.m-dək genişləndirilir. İnşaat işləri başa çatdıqdan sonra məscid eyni vaxtda 2,2 milyon zəvvarı qəbul edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti