...

Çimərlik paltarında qızlara 30 litr benzin pulsuz

Maraqlı Materials 2 Avqust 2016 17:27 (UTC +04:00)
Tatarıstanın bir neçə yanacaqdoldurma stansiyalarında çimərlik paltarında olan xanım avtomobil sürücülərinə 30 litr benzin pulsuz veriləcək.
Çimərlik paltarında qızlara 30 litr benzin pulsuz

Bakı. Elçin Hüseynov - Trend:

Tatarıstanın bir neçə yanacaqdoldurma stansiyalarında çimərlik paltarında olan xanım avtomobil sürücülərinə 30 litr benzin pulsuz veriləcək. Bu barədə Trend "Prokazan.ru" saytına istinadən xəbər verir.

Bir necə həftə əvvəl belə bir aksiya Rusiyanın Samara şəhərində keçirilib. Aksiyanın şərtlərinə əsasən, çimərlik paltarında olan qızlar özləri yanacaqdoldurma pistoletlərini avtomobillərinin baklarına taxaraq, kassalara yaxınlaşaraq yanacağın markasını və "Do polnogo" ("tam bak doldurun") sozlərini təbəssümlə deməlidirlər. Samara şəhərindəki aksiyada çox sayda qızlar iştirak ediblər.

Şərtlərə görə, qızlar dikdaban ayaqqabılarda olmalı, yaşları isə həddi-büluğa çatmış olmalıdır. Qızlar həmçinin, çəkilən şəkil və videolarını təşkilatçı şirkətin internet saytlarında qoyulmasına icazə verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti