...

Bakıda ilk “Aquaskipper” yarışı keçiriləcək (FOTO/VİDEO)

Maraqlı Materials 14 Sentyabr 2016 11:52 (UTC +04:00)
Azərbaycanda ilk dəfə qeyri-adi, bununla bərabər çox kreativ bir su idman yarışı keçirilirəcək.
Bakıda ilk “Aquaskipper” yarışı keçiriləcək (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə qeyri-adi, bununla bərabər çox kreativ bir su idman yarışı keçirilirəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Gənclər arasında su idman növlərinin Inkişafı” layihəsi çərçivəsində Aquaskipper üzrə ilk gənclər arası yarışma keçiriləcək.

Layihənin keçirilməsində məqsəd gəncləri kreativ və qeyri-adi tərzdə su idman növləri ilə tanışlığı və bu sahəyə olan marağın artırılmasıdır.

Yarışmaya qeyri-ənənəvilik qatan - xüsusi və sadə fiziki hərəkətlər vasitəsilə su üzərində irəlilyən xüsusi hidrofoil avadanlığından, aquaskipperlərdən istifadə olunmasıdır. Bu avadanlıq, heç bir texnoloji və generativ mühərrikdən istifadə etmədən suyun üzərində qalmaq xüsusiyyətinə malikdir.

İlk dəfə yarışma Xəzər dənizi sahillərində keçiriləcək. İştirakçılar Aquaskipperlər ilə təchiz olunacaq, olimpiya sistemi üzrə yarışma təşkil olunacaq və bütün iştirakçıar bol əylənməklə bərabər müasir su idman növü ilə tanış olacaq və istifadə etmək imkanı əldə edəcək. Qeydiyyatdan keçmiş komandalar arasında seçim aparılacaq. Yarış bütün velosiped və su idman növləri həvəskarları üçün açıqdır. Qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunacaq.

Bakıda Gənclər arasında su idman növlərinin inkişafı layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Daha ətraflı məlumat və qeydiyyat aşağıdakı linkdə:
https://facebook.com/xtremeproaz

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti