...

Gözoxşayan "Oriental Fashin Show" dəfiləsi "Bakı Yaradıcı Həftəsi -2025"ə rəng qatıb (FOTO)

Maraqlı Materials 9 Dekabr 2025 09:55 (UTC +04:00)
Gözoxşayan "Oriental Fashin Show" dəfiləsi "Bakı Yaradıcı Həftəsi -2025"ə rəng qatıb (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Baкı Konqres Mərkəzində “Oriental Fashion Show“ dəfiləsi keçirilib.

Trend xəbər verir ki, moda nümayişində 10 dizayner– Gülnarə Xəlilova (Azərbaycan), Uventa (Azərbaycan), “Yoland Fashion House” (Oman), Hani Elbehayri Kutur (Hany Elbehairy Couture/Misir), Nasim Əl-Əndəluz ( Naseem Alandalos/Bəhreyn), Vəfa İdrisi (Wafa Idrissi) və Meyson Fatim (Maison Fatim/Mərakeş), Maliq (Malique/ Qazaxıstan), “Gowher Gouvernet” (Türkmənistan), “Art by Sofia” (Özbəkistan), Umed Kuçkaliyev (Umed Kuchkaliyev / Tacikistan) iştirak edib. Onlar Şərqin zəngin mədəni irsindən və bədii ənənələrindən ilhamlanaraq hazırlanmış geyim kolleksiyalarını təqdim ediblər.

Hər bir dizayner özünəməxsus yaradıcılıq üslubunu podiumda nümayiş etdirərək, əsrlik ənənələrin müasir incəsənət və moda prizmasından yenidən yoğrulduğu kolleksiyaları sərgiləyib. Birlikdə onlar Şərq yüksək modasının təkrarsız gözəlliyini və onun dünya səhnəsində artan rolunu nümayiş etdirdilər. Bu axşam bir daha bizə mədəni əməkdaşlığın gücünü və Şərq dünyasının dəyişməz zərifliyini xatırlatdı.

Xatırladaq ki, 5–11 dekabr tarixlərində “Bakı Yaradıcı Həftə”ində dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar və yaradıcılıq sənayelərinin liderləri də daxil olmaqla 50-dən çox ölkədən 5 000-dən artıq iştirakçını qəbul edir. Onların hamısı bir məqsədlə – İƏT-ə üzv ölkələr arasında mədəni əməkdaşlığı möhkəmləndirmək və ortaq irsi uca tutmaq üçün bir araya gəlib. Azərbaycan beynəlxalq mədəniyyət arenasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin inkişafına verdiyi töhfəni bir daha nümayiş etdirir. Festival günlərində İƏT-ə üzv dövlətlərin mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, müxtəlif forumlar və sərgilər, panel müzakirələri, nümayişlər və kino, teatr, moda, dizayn, musiqi, rəqs, oyun texnologiyaları, animasiya, rəqəmsal yaradıcılıq və startaplara həsr olunmuş digər tədbirlər keçirilir ki, bütün bunlar ölkəmizin kreativ sənayelər ekosisteminin qlobal miqyasda irəliləməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti