...

Bu gün Parisdə dondurulmuş münaqişələrə dair dinləmələr keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2007 11:03 (UTC +04:00)
Bu gün Parisdə dondurulmuş münaqişələrə dair dinləmələr keçiriləcək

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli/ Sentyabrın 13 - də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Parisdə keçiriləcək ıclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq. AŞ PA- nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd sözü gedən ıclasda iştirak edəcəklər və onların Azərbaycanla bağlı məruzələri dinləniləcək.

Bu ıclasda AŞ PA- nın aprel sessiyasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamənin yerinə yetirilməsinə dair müzakirələrin keçirilməsi ıstisna olunmur.

Bundan başqa, dondurulmuş münaqişələrə dair dinləmələr, Moldovanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, həmməruzəçilərin Ukraynaya seçkiqabağı missiyasına dair şifahi məruzəsi, Serbiyaya faktaraşdırıcı səfərlə bağlı, eləcə də, keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya dair müzakirələr ıclasın gündəliyində yer alan məsələlər sırasındadır.

Monitorinq Komitəsinin dondurulmuş münaqişələrə dair növbəti ıclası 5- 7 noyabr 2007 -ci il tarixində Berlində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti